"Qalatasaray" Almaniya millisinin və "Bavariya Münhen"in yarımmüdafiəçisi Camal Musiala ilə razılıq əldə olunması barədə yayılan xəbərlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, İstanbul klubu yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb. Klubun bəyanatında qeyd olunub: "Musiala və "Bavariya Münhen" ilə razılıq əldə olunması barədə xəbər doğru deyil. Bu, ictimaiyyətə çatdırılır".

Bundan əlavə, "Bavariya Münhen" və Musiala da bu yay ayrılmaq niyyətində deyil. 23 yaşlı yarımmüdafiəçi çətin və zədəli mövsümdən sonra Münhen klubunda uğur qazanmaq istəyir. Klub rəhbərliyi də ona inanır.