Sabah Bakıda güləş üzrə U-17 dünya çempionatına start veriləcək.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda ilk olaraq yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Artıq turnirin püşkatma mərasimi keçirilib və təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib:
-
45 kq (Təsnifat): Əli Cavadlı – Oqnyan Burqazov (Bolqarıstan)
-
48 kq (1/8 final): Ömər Salmanov – Avinaş Çetake (Hindistan)
-
51 kq (Təsnifat): Abdulrəhman Hüseynli – Kuanişbek Janqajol (Qazaxıstan)
-
55 kq (Təsnifat): Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)
-
60 kq (Təsnifat): Elmir Çərkəzov – Nurali Askar (Qazaxıstan)
-
65 kq (Təsnifat): Orxan Həbibli – Qaspar Sançez (Çexiya)
-
71 kq (Təsnifat): Nadir Həsənov – Mahdi Azizboyev (Tacikistan)
-
80 kq (Təsnifat): İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)
-
92 kq (Təsnifat): Zöhrab Səfərov – Hlib Yevsieyev (Ukrayna)
-
110 kq (Təsnifat): Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)
Qeyd edək ki, çempionatın ilkin mərhələ görüşləri saat 10:30-da start götürəcək. Yarışın rəsmi açılış mərasimi 17:15-də, yarımfinal qarşılaşmaları isə 18:00-da başlayacaq.


