Bakı dünyanın ən güclü yeniyetmə güləşçilərini bir araya gətirəcək.

Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında U-17 dünya çempionatında iştirak edəcək milli komandalarımızla görüş keçirilib.

Mətbuat üçün açıq formatda təşkil olunan tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev və federasiyanın baş katibi Pərvin Piriyev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Onlar idmançıları son saniyəyədək əzmlə mübarizə aparmağa, məşqçilərin tapşırıqlarını maksimum diqqətlə icra etməyə səsləyiblər.

Daha sonra yığma komandaların böyük məşqçiləri Rafiq Hüseynov, Hacı Əliyev və Mariya Stadnik məsul yarışa hazırlıq prosesindən danışıblar və rəhbərlik etdikləri heyəti ictimaiyyətə açıqlayıblar.

????‍♂️ Yunan-Roma güləşi üzrə milli komandamız

Yunan-Roma güləşçilərimiz yarışın ilk günlərində mübarizəyə qoşulacaq. Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında xalçaya bu idmançılar çıxacaq:

  • 45 kq: Əli Cavadlı

  • 48 kq: Ömər Salmanov

  • 51 kq: Abdurrahman Hüseynli

  • 55 kq: Qurban Məcnunov

  • 60 kq: Elmir Çərkəzov

  • 65 kq: Orxan Həbibli

  • 71 kq: Nadir Həsənov

  • 80 kq: İsfahan Həsənov

  • 92 kq: Zöhrab Səfərov

  • 110 kq: Emin Baxşəliyev

????‍♀️ Qadın güləşi üzrə milli komandamız

Növbəti yarış günlərində estafet qadın güləşinə keçəcək. Böyük məşqçi Mariya Stadnik, məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında mübarizə aparacaq heyət:

  • 40 kq: Gülxanım Şirinova

  • 43 kq: Vəfa Orucova

  • 46 kq: Nuray Cəfərli

  • 49 kq: Nəzrin Əhmədli

  • 53 kq: Fatimə Bayramova

  • 57 kq: Qaratel Quliyeva

  • 61 kq: Fidan Babayeva

  • 65 kq: Rəna Nuriyeva

  • 69 kq: Simurə Abdullayeva

????‍♂️ Sərbəst güləş üzrə milli komandamız

Yarışın son günlərində isə xalçaya sərbəst güləşçilərimiz çıxacaq. Böyük məşqçi Hacı Əliyev, məşqçilər Qırxlar Bədəlov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərlik etdiyi heyət:

  • 45 kq: Tunar Həsənov

  • 48 kq: Hüseyn Rzazadə

  • 51 kq: İbrahim Həsənov

  • 55 kq: Abbas Şəfiyev

  • 60 kq: Elcan Həsənov

  • 65 kq: Rəşid Nazarov

  • 71 kq: Tunar Quliyev

  • 80 kq: Nihad Süleymanlı

  • 92 kq: Elgün Kərimli

  • 110 kq: Hakim Tağıyev

Qeyd edək ki, 27 iyul - 2 avqust tarixlərində baş tutacaq turnirdə gündüz seansı hər gün saat 10:30-da, axşam seansı isə 17:00-da başlayacaq. Mundialın təntənəli açılış mərasimi iyulun 27-də saat 17:15-də keçiriləcək.