UFC döyüşçüsü Nikita Krılov 11 iyul UFC 329-da Robert Vittakerə texniki nokautla uduzduqdan sonra ilk dəfə məğlubiyyətini şərh edib.

Offsideplus.az xəbər verir ki, Krılov sosial şəbəkədə azarkeşlərinə müraciət edərək onların dəstəyini yüksək qiymətləndirdiyini bildirib.

"Bir neçə həftə əvvəl mənə azarkeşlik etmisinizsə və məyus olmusunuzsa, sizi başa düşürəm. Özüm daha çox məyus olmuşam. Burada futbol deyil, döyüşün nəticəsindən həm sağlamlığın, həm də qazancın asılıdır. Əmin olun, məğlubiyyətlərim mənim üçün azarkeşlərim üçün olduğundan daha ağrılıdır. Buna baxmayaraq, döyüşlərimi izləyən və qələbə arzulayan hər kəsə minnətdaram. Həmin axşam sizə ən yaxşı hissləri yaşada bilmədiyim üçün üzr istəyirəm. Karyeram boyu güclü rəqiblərlə qarşılaşmışam və onları məğlub etmək həmişə asan olmur. Bəzən alınır, bəzən yox. Özüm bilirəm ki, nəticənin fərqli olması üçün çox çalışıram, amma turnirə gələn 20-24 döyüşçüdən yarısı məğlub ayrılır. Sadəcə 'heytərlərə əhəmiyyət vermirəm' yaza bilərdim, amma mənim üçün dəstək olan insanlarla dialoq daha önəmlidir. Sağlamam, məşqləri davam etdirirəm və UFC-də döyüşürəm. Hələ də mənimləsinizsə, təşəkkür edirəm", – deyə Krılov qeyd edib.