Avropanın aparıcı klubları yay transfer pəncərəsində diqqətçəkən addımlar atmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Real Madrid" "Leyptsiq"in futbolçusu Yan Diomandeni 100 milyon avrodan çox məbləğə transfer etmək niyyətindədir.
"Arsenal" isə Vinisius Juniora klub tarixində ən yüksək həftəlik əməkhaqqı – 400 min funt-sterlinqdən çox təklif etməyə hazırlaşır.
Digər tərəfdən, PSJ Barkolya üçün 170 milyon avro tələb edir və futbolçunun müqaviləsini uzatmaq istəməməsi səbəbindən "Liverpul"un ona maraq göstərdiyi bildirilir.
PSJ həmçinin Diomandenin transferindən imtina etdiyini və tələb olunan məbləğin bazar balansını poza biləcəyini açıqlayıb.


