FIFA referisi Kamal Umudlu beynəlxalq arenada növbəti təyinatını alıb.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Dinamo Siti" (Albaniya) – "Aluminiy" (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

Meydanda ona Namik Hüseynov və Vüsal Məmmədov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.