Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Offsideplus.az xəbər verir ki, FIFA Şurası Bürosunun qərarına əsasən, bu mötəbər turnir oktyabrın 22–31-də ölkəmizdə təşkil olunacaq. Azərbaycanın bu yarışa ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmindəki nüfuzunun artmasına və futbolun inkişafına xidmət edəcək.
Sərəncama əsasən, turnirlə bağlı tədbirlərin əlaqələndirilməsi U-20 dünya çempionatı (2027) üçün öncədən yaradılmış Təşkilat Komitəsinə tapşırılıb.


