UFC döyüşçüsü Şavkat Raxmonovun həkimi Mixail Markuart idmançının diz əməliyyatından sonra bərpa prosesi barədə danışıb..
Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, Raxmonovun peşəkar karyerasını davam etdirməsinə tibbi baxımdan heç bir maneə yoxdur
Markuart döyüşçünün oktaqona nə vaxt qayıdacağı ilə bağlı bunları deyib:
"Bu, fiziki hazırlıq üzrə məşqçilərdən asılıdır, Şavkat nə qədər tez formada olacaqsa, bir o qədər tez döyüşə biləcək. Mən başa düşürəm ki, gələn ilin əvvəlində onu yenidən oktaqonda görə bilərik".
Qeyd edək ki, Raxmonov son döyüşünü 2024-cü ilin dekabrında keçirib və hakimlərin qərarı ilə İan Gerri üzərində qələbə qazanıb.


