Serbiya Superliqasının baş katibi Darko Ramovs Azərbaycana səfəri çərçivəsində Peşəkar Futbol Liqasının (PFL) qonağı olub.
Offsideplus.az xəbər verir ki, serbiyalı funksioner PFL-in prezidenti Elxan Səmədov ilə görüşüb.
Görüşdə Serbiya Superliqası ilə PFL arasında mövcud əməkdaşlıq əlaqələri, gələcək perspektivlər və təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Tərəflər, həmçinin hər iki ölkədə keçirilən çempionatların strukturu və liqaları maraqlandıran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonda PFL-ə göstərilən qonaqpərvərliyə görə təşəkkür edən Ramovs Azərbaycan futboluna uğurlar arzulayıb.


