"Fənərbağça" basketbol klubu heyətini amerikalı oyunçu Conni Cuzenq ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı basketbolçu ilə 1 illik (2026/27 mövsümü) müqavilə imzalayıb.

Cuzenq ötən mövsümün ikinci yarısını Rusiyanın "Zenit" klubunda keçirib. O, VTB Liqasında çıxış etdiyi 17 matçda orta hesabla 14 xal, 2,4 ribaund və 1,9 assistlə yadda qalıb.

Kollec illərində ("UCLA") NCAA turnirinin ən parlaq simalarından olan 2,01 metr boya malik basketbolçu NBA-də "Yuta Cazz" və "Minnesota Timbervulvz"un şərəfini qoruyub.

2024-cü ilin aprelində "Qolden Steyt Uorriors"a qarşı oyunda 27 xal toplayaraq NBA-dəki şəxsi rekordunu müəyyənləşdirən Cuzenq "Fənərbağça"nın heyətində ilk dəfə Avroliqada (EuroLeague) debüt edəcək.