Keçmiş UFC çempionu Xabib Nurmaqomedov sosial şəbəkədə qaçışdan sonra çəkilmiş videosunu paylaşıb.
Offsideplus.az xəbər verir ki, o, 5 kilometr məsafəni 23 dəqiqəyə qət edib.
Video zamanı Xabib Nurmaqomedov belə deyib: "Hər şeyi vermək olmaz, yoxsa artıq lazım olmayacaqsan".
Qeyd edək ki, o, karyerasını bitirməyinə baxmayaraq idman formasını qorumaqda davam edir.


