Fransa təmsilçisi PSJ-nin hücumçusu Usman Dembele klubla yeni müqavilə bağlamağa çox yaxındır.
Offsideplus.az xəbər verir ki, fransalı ulduz futbolçu ilə Paris klubu arasında aparılan danışıqlarda artıq sona yaxınlaşılıb.
Tərəflər arasında müqavilənin müddətinin uzadılması ilə bağlı razılıq əldə olunub və hazırda yalnız xırda detalların dəqiqləşdirilməsi qalıb. Yaxın günlərdə rəsmi müqavilənin imzalanması və məsələnin rəsmən elan ediləcəyi gözlənilir.


