İspaniyanın "Barselona" klubu heyəti gücləndirməyə qərar verib. 

Offsideplus.az xəbər verir ki, onlar "Mançester Siti"nin təcrübəli yarımmüdafiəçisi Rodri ilə ciddi şəkildə maraqlanmağa başlayıb. Kataloniya təmsilçisi 30 yaşlı ispaniyalı ulduzun transfer şərtlərini öyrənmək məqsədilə ilk addımını atıb.

​Məlumata görə, "Barselona" artıq Rodrinin nümayəndələri və agentləri ilə ilkin təmasa keçib. Klub rəhbərliyi yarımmüdafiə xəttini gücləndirmək üçün futbolçunun mümkün transfer variantlarını dəyərləndirir. İspaniya milli komandasının kapitanı olan Rodri ilə eyni zamanda Avropanın digər nəhəng klublarının da maraqlandığı bildirilir.