Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) "Əl Nəsr" klubuna məhdudiyyətlər tətbiq edib.
Offsideplus.az xəbər verir ki, qurum 200 milyon dollardan (təxminən 800 milyon Səudiyyə riyalı) çox borcu yarandığı üçün "Əl-Nəsr"in maliyyə və transfer fəaliyyətlərinə ciddi məhdudiyyətlər tətbiq edib.
Qərara əsasən, mövcud maliyyə böhranı tam həll olunana və klub öz sponsorluq və ya kommersiya gəlirləri hesabına kifayət qədər vəsait formalaşdırana qədər yeni futbolçu transferlərinin həyata keçirilməsinə icazə verilməyəcək.
Qoyulan məhdudiyyətlər çərçivəsində rəhbərliyin maliyyə səlahiyyətləri daraldılıb və klubun gəlirlərini artırmaq, xərclərini optimallaşdırmaq üçün kənar məsləhətçi şirkətlər cəlb olunub.


