Fransanın PSJ klubu "Laypziq"in (RB Leipzig) gənc ulduzu Yan Diomandenin transferi ilə bağlı son 24 saat ərzində iki sərt bəyanat yayaraq futbolçu üçün mübarizədən rəsmən geri çəkildiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi ilk bəyanatında maliyyə prinsiplərinə sadiq qaldığını vurğulayıb:
"PSJ bu axşam Yan Diomande üçün marağını və təkliflərini rəsmi olaraq geri götürdü. Tələb olunan transfer məbləği və əməkhaqqı tamamilə qeyri-mütənasib və bazarı pozan nitəlikdə idi. PSJ rasional maliyyə idarəçiliyi və heyət balans prinsiplərini pozmayacaq.
Çempionlar Liqasının son ikiqat qalibi və son dövrün ən uğurlu klubu kimi, PSJ bəzi futbolçu agentlərinin qiymətşişirtmə və manipulyasiya oyunlarına qoşulmayacaq, transfer planlamasını təmkinlə və əminliklə davam etdirəcək."
Klubun yaydığı ikinci bəyanatda isə oyunçunun qiymətinə və "Real Madrid"ə eyham vurulub:
"1 il əvvəl İspaniyanın 2-ci divizionunda çıxış edən və yalnız potensialı olan bir futbolçu üçün ağlasığmaz məbləğlər tələb edirdilər. Hansısa klub fişənglərlə gəldi deyə biz büdcəmizi dağıdan deyilik. BU HƏM DƏ "REAL MADRİD"İN HAZIRKI VƏZİYYƏTİNİ GÖSTƏRİR."



