Sabiq müdafiəçi Jerar Pike hazırda "Barselona"nın "Real Madrid"dən üstün olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Pike bu barədə fikirlərini belə ifadə edib:

"Düşünürəm ki, "Barselona" bu gün də "Real Madrid"i üstələyir. La Liqada son iki çempionluq müəyyən status və mövsümə favorit kimi başlamaq baxımından üstünlük verir. Amma bu statusu təsdiqləmək lazımdır. Komandada sabitliyin olması, Hansi Flikin artıq üçüncü mövsümdür işləməsi və oyunçuların oyun üslubunu mənimsəməsi kataloniyalılara əlavə üstünlük qazandırır".