Xorvatiyada təşkil olunan basketbol üzrə U-18 Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, B divizionunun B qrupunda mübarizə aparan Azərbaycan bu gün Portuqaliya millisi ilə üz-üzə gəlib.

Görüş U-18 millimizin qələbəsi ilə başa çatıb - 52:50.

Emmanuel Aqbason 18 xal, 12 ribaund və 8 blokla tamamlayıb. İsmayıl Abdullayev 12 xal, 10 ribuand, Oğuzxan Quliyev isə 11 xal, 7 ribaundla mübarizə aparıb.

Gənclərimiz qrup mərhələsində 2-ci qələbəsini əldə edib. Onlar sabah çexiyalı yaşıdları ilə qarşılaşacaq.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. 3 və 4-cü yerin sahibləri isə 9-16-cı yerlər uğrunda matçlara çıxacaqlar.