Braziliya yığmasının hücumçusu Neymar DÇ-2026-nın qrup mərhələsinin oyunlarını buraxa bilər.
Offsideplus.az "Teledeporte"yə istinadən xəbər verir ki, o, sağ baldır əzələsindəki zədədən sonra bərpa prosesini davam etdirir.
Mayın ortalarında "Santos" klubunun heyətində zədələnən 34 yaşlı hücumçunun turnirdəki ilk qarşılaşmanı qaçıracağı daha əvvəl məlum idi.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-da C qrupunda mübarizə aparacaq.


