"Mersedes" komandasının britaniyalı pilotu Corc Rassell 2026-cı il Formula 1 Dünya Çempionatının yeddinci mərhələsi - Barselona-Kataloniya Qran-prisinin seçmə mərhələsinin qalibi olub.
Offsideplus.az xəbər verir ki, ikinci yeri britaniyalı Lüis Hamilton ("Ferrari"), üçüncü yeri isə "Mercedes"in digər pilotu Kimi Antonelli tutub.
Mərhələnin əsas yarışı 14 iyunda keçiriləcək və start Bakı vaxtı ilə saat 17:00-da planlaşdırılıb.


