Bir qədər əvvəl “Sabah”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi bəlli oldu.
Offsideplus.az xəbər verir ki, “bayquşlar” TNS, tam adı ilə desək, “Nyu Sents” komandası olub. Gəlin, Uels təmsilçisini yaxından tanıyaq.
1959-cu ildə yaranmış klub 18 qat Uels çempionudur. Bu göstəricidə ölkəsinin ən yaxşısıdır.
TNS son çempiondur. 32 oyuna 80 xal yığmaqla rəqiblərini xeyli qabaqlayaraq erkən çempionluq qeyd ediblər.
Komandanın 2.55 milyon transfermarkt dəyəri var. Ən dəyərliləri ingilislərdir - Ryan Brobbel və Dominik Korness. Müqayisə üçün bildirək ki, “Sabah”dakı dəyər 15.4 milyon avrodur. Təxminın 7 qat fərq var. Amma rəqib Britaniya təmsilçisidir, ehtiyatlı olmaq lazımdır.
Bunu da qeyd edək ki, TNS 2024/25 mövsümündə Konfrans Liqasının əsas mərhələsinə yüksələn ilk Uels təmsilçisi olub.


