Fransanın Orlean şəhərində Qadınlar arasında 3x3 Basketbol üzrə Dünya Seriyasının beşinci mərhələsi başlayıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycanı yarışda “Neftçi” SOCAR (Erika Karter, Aleksandra Mollenhauer, Aoi Katsura, Nevena Vuçkoviç) təmsil edir. Vuçkoviç Bakı klubunun yeni transferidir.
Komanda A qrupunda iki oyun keçirib.
- 19:55 Neftçi SOCAR - Mitsubishi Electric - 11:16
- 21:45 Neftçi SOCAR - Uqanda komandası - 18:14
Pley-off oyunları iyunun 17-də keçiriləcək.
Xatırladaq ki, dörd mərhələdən sonra "Neftçi" SOCAR 86 xalla onuncu yerdədir.


