"Arsenal" və "Atletiko" komandaları hücumçularını dəyişdirəcəklər.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi Argentina millisinin üzvü Xulian Alvaresi heyətinə qatacaq. Əvəzində Viktor Dyökereş Madrid klubuna keçəcək, komanda isə əlavə olaraq 50 milyon avro əldə edəcək.

Qeyd edək ki, Viktor Dyökereş ötən mövsüm "Arsenal"ın heyətində keçirdiyi 55 matçda 21 qolla yadda qalıb. Xulian Alvares isə "Atletiko"da ilə keçirdiyi 49 qarşılaşmada 20 qol və 9 məhsuldar ötürmə edib.