Ötən mövsümün sonuna yaxşı “Qarabağ”ın əsas komandasından uzaqlaşdırılan Elvin Cəfərquliyevin komandadan ayrılacağı dəqiqdir.
Offsideplus.az-a daxil olan məlumata görə ötən ilin ən yaxşılarından olan Elvinin Azərbaycan klublarına keçəcəyi futbolçu üçün müzakirə mövzusu deyil. Xarici klublardan isə maraq var. Danışıqlar da gedir. Özü də bir yox, bir neçə klubla. Amma hələ ki, Elvin üçün “Qarabağ”a rəsmi təklif olmayıb.
Xatırladaq ki, Elvin Cəfərquliyev Abbas Hüseynovla birgə intizam probleminə görə son iki ayı əvəzedici komanda ilə məşq edib, oyunlara çıxıb.


