Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-da daha bir tarixi uğura nail olub.

Offsideplus.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.

Ulduz futbolçu Əlcəzairə 3:0 hesabı ilə qalib gəldikləri matçın 17-ci dəqiqəsində cərimə meydançasının kənarından qol vurub. Bu, onun dünya çempionatları tarixində cərimə meydançasından kənardan vurduğu 5-ci qol olub.


Bununla da 38 yaşlı hücumçu dünya çempionatı tarixində cərimə meydançasının xaricindən ən çox qol vuran braziliyalı əfsanəvi oyunçu Rivelinonun rekordunu yeniləyib.