DÇ-2026-nın qrup mərhələsində keçirilən Özbəkistan - Kolumbiya (1:3) qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, K qrupunun 1-ci tur matçının ən yaxşı oyunçusu adını Luis Dias qazanıb. Cənubi Amerika təmsilçisinin ulduz futbolçusu komandasının qələbəsində böyük pay sahibi olub.

Belə ki, Dias sözügedən görüşü 1 qol və 1 məhsuldar ötürmə ilə tamamlayıb.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.