"Real Madrid" klubu DÇ-2026-dan sonra 200 milyonluq transferə hazırlaşır. 

Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Kral klubu" "Bavariya" klubundan Maykl Oliseni transfer etməkdə qərarlıdır. Prezident Florentino Perez və baş məşqçi Joze Mourinyo fransız futbolçunu klubun "Qalaktiko" heyəti üçün son "pazl" hesab edir. Madrid təmsilçisi futbolçunu və nümayəndələrini bu istək haqda məlumatlandırıb. 

"Real Madrid" 24 yaşlı vinger üçün 150 milyon avro, gərəkərsə, 200 milyon avro ödəməyə hazırdır. "Bavariya" isə futbolçunu toxunulmaz hesab edir və müqavilənin müddətini 2031-ci ilədək uzatmaq istəyir. İndiki sözləşmənin vaxtı 2029-cu ilin yayında başa çatacaq.