Dünya futbolunun ulduzu Lionel Messinin ailəsində gərgin günlər yaşanır.

Offsideplus.az xəbər verir ki, futbolçunun atasının səhhətində ciddi problemlər yaranıb. Son bir həftə ərzində isə onun vəziyyətinin daha da pisləşdiyi bildirilir.

​Şəxsi həyatındakı bu ağır sınaq "İnter Mayami"nin hücumçusuna da ciddi təsir edib. Ötən gecə keçirilən qarşılaşmada vurduğu qoldan sonra Messinin emosional anlar yaşaması və göz yaşlarını saxlaya bilməməsinin səbəbi məhz atasının xəstəliyi ilə bağlı olub.

​Hazırda ulduz futbolçunun bütün diqqətinin ailəsinin yanında olduğu qeyd edilir.