"Qana" millisinin baş məşqçisi Karlos Keyroş "Panama" üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.

Offsideplus.az xəbər verir ki, 73 yaşlı mütəxəssis dünya çempionatında qələbələrin baha başa gəldiyini və futbolçularının hər cür fədakarlıq etməyə hazır olduqlarını bildirib.

Kanadaya giriş qadağası və viza problemləri səbəbindən oyunu buraxan Tomas Partey barədə suallardan yayınan portuqaliyalı baş məşqçi, rəqibin kobud oyunundan şikayətlənib: "İlk hissədə sadəlövh idik. Bu gün nümayiş etdirdiyimiz futbolla "Qana"nın nəsə bacaracağına ümid edə bilərik".

Keyroş, toqquşma səbəbindən fasilədə əvəzlənən qapıçı Ati Ziqinin "İngiltərə" ilə növbəti matça yetişib-yetişməyəcəyinin isə 24-48 saat ərzində dəqiqləşəcəyini əlavə edib.