DÇ-2026-nın qrup mərhələsində keçiriləcək Çexiya - Cənubi Afrika matçının baş hakimi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, A qrupunun II turunun bu qarşılaşmasını ABŞ-dan olan Tori Penso idarə edəcək. 39 yaşlı referi bununla da kişilər arasında keçirilən dünya çempionatları tarixinə baş hakim kimi oyun idarə edən ikinci qadın kimi düşəcək.
Mundiallar tarixində ilk belə hakim isə DÇ-2022-də fransalı Stefani Frappar olub. O, Almaniya - Kosta-Rika oyununu (4:2) idarə edib.
Qeyd edək ki, Çexiya - Cənubi Afrika oyunu bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


