"Səbail" klubunda baş məşqçi ayrılığı baş verib.
Offsideplus.az xəbər verir ki, klub Adil Şükürovla vidalaşıb. "Dənizçilər" müqavilə müddəti başa çatmış baş məşqçi Adil Şükürova və məşqçi heyəti ilə yollarını ayırıb.
Klub məşqçi heyətinə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


