Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Avropa Liqasında mübarizəni davam etdirirlər.

Offsideplus.az xəbər verir ki, qadınlardan ibarət yığmamız üçüncü turun ilk oyunu çərçivəsində Şimali Makedoniyanın Strumitsa şəhərində İsrail ilə qarşılaşacaq.

Kişilərdən ibarət milli komandamız isə Avropa Liqasının ilkin mərhələsinin son turunda Bakıda mübarizə aparacaq. GİN-in Voleybol Mərkəzində təşkil olunacaq oyunlarda yığmamız Macarıstan ilə üz-üzə gələcək.

İki turdan sonra qadın millimiz 2 qələbə ilə 6 xal toplayıb. Kişilərdən ibarət yığma komandamızın isə qələbəsi və xalı yoxdur.

Qeyd edək ki, Avropa Liqasında üçüncü turun oyunları 19-21 iyun tarixlərində keçiriləcək.

Qadınlar

19.06.2026. 20:00. Azərbaycan – İsrail

Kişilər

19.06.2026. 18:00. Macarıstan – Azərbaycan

GİN-in Voleybol Mərkəzi

Ünvan: Bakı şəhəri, Əliyar Əliyev küçəsi, 108.