PSJ yüksək təklifə baxmayaraq, "Real Madrid"in ulduzundan rədd cavabı alıb.
Offsideplus.az xəbər verir ki, Fransa çempionu "Real Madrid"in 23 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqa üçün qeyri-rəsmi təmaslar qurub. Lakin gənc futbolçunun İspaniya paytaxtını tərk etmək niyyəti yoxdur.
PSJ-nin ciddi marağına baxmayaraq, Kamavinqa "Santyaqo Bernabeu"da qalmağa və "Real Madrid"ə sadiq olmağa tam qərarlıdır.
Bu səbəbdən tərəflər arasında hər hansı bir transfer razılığının əldə olunması hazırda qeyri-mümkün görünür.



