İspaniyalı hücumçu Ferran Torres "Pari Sen-Jermen"də əldə etdiyi yeni müqavilə ilə Fransa çempionatının və klubun en yüksək məvacib alan ulduzlarından birinə çevrilib.

Offsideplus.az xəbər verir ki, mövsümlük 17 milyon avroluq böyük maaş paketi ilə Torres "Pari Sen-Jermen"in en çox qazanan 6-cı futbolçusu oldu.

  • ​Əsas heyət ulduzlarını geridə qoydu: İspan hücumçunun qazanacağı məbləğ Vitinya, Nuno Mendeş, Joao Neveş, Villian Paço və Dezire Due kimi komandanın əsas dayaq nöqtəsi sayılan oyunçuların məvacibini geridə buraxır.
  • ​Liqa 1-in maliyyə zirvəsində: Bu müqavilə Torresə Fransa Liqa 1-in ən çox gəlir əldə edən futbolçuları sırasına daxil olmaq imkanı qazandırıb.