Lonzo Boll uzun müddətdir yaşadığı sol dizindəki ciddi problemlər səbəbindən karyerasına fasilə verməli olub və əvvəlki səviyyəsinə qayıda bilməyib.

Offsideplus.az xəbər verir ki, Boll bu çətinliklərin NBA-dan əvvəl də mövcud olduğunu etiraf edib. "Düzünü desəm, dizim hələ məktəb illərindən məni narahat edirdi. Həmişə. Hamı düşünürdü ki, dizimdəki bandajı sadəcə görüntü üçün taxıram, amma o, mənə oynamağa kömək edirdi. Həmişə dizlərimdə problem olub. Haradan qaynaqlandığını bilmirəm. Bəlkə kifayət qədər dartınma etmirdim? Yaxud asfaltda çox oynayırdım? Zaman keçdikcə vəziyyət daha da pisləşdi", – deyə Boll bildirib.