NBA-nın "Hyuston Rokets" klubunun mərkəz oyunçusu Stiven Adams gündəlik proteinlə zəngin pəhrizi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yeni zelandiyalı basketbolçu səhər yeməyində altı yumurta və yarım kiloqram mal əti qiyməsi yediyini bildirib. Adams bu qarışığı bir qabda saxladığını və qabı açanda xoşagəlməz qoxunun yayıldığını deyib: "Hamı mənim tərəfə baxır, elə bil orada gözyaşardıcı qaz var". O, bir müddət tamamilə ət pəhrizinə keçdiyini, yalnız bifşteks və bir az qaraciyər yediyini də əlavə edib. Adams bu dəyişikliklərin həm psixoloji, həm də digər baxımdan həyatında ən böyük fərqlər yaratdığını vurğulayıb: "O vaxt düşünürdüm ki, niyə bunu əvvəllər etməmişəm?"