"Gəncə" basketbol klubu heyətini yeni amerikalı legionerlə gücləndirib.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi ABŞ-dən olan forvard Montavius Mörfi ilə müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
206 sm boya malik 25 yaşlı basketbolçu ilə razılaşma növbəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, amerikalı oyunçunun sonuncu klubu Bolqarıstanın "Minyor" kollektivi olub.


