Bakıda qadın volebolçular arasında keçirilən Avropa çempionatının C qrupunun matçları davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi bu gün qrupda dördüncü oyununa çıxıb. Yığmamız Belçika ilə qarşılaşıb.
Görüş bizim üçün uğursuz yekunlaşıb - 0:3.
18:30 Azərbaycan - Belçika 0:3 (19:25, 22:25, 23:25).
Qeyd edək ki, komandamız daha əvvəl Portuqaliya (3:1), İspaniya (3:0) və Rumıniyanı (3:2) məğlub edib. Millimizi növbəti matçda Niderland yığması gözləyir (28 avqust).
Qrupun digər oyununda Portuqaliya İspaniyanı 3:1 hesabı ilə məğlub edib.
Xal durumu: Belşika - 11 xal, Niderland, Azərbaycan – hərəyə 8 xal, Portuqaliya - 3 xal, Rumıniya – 2, İspaniya – 1.
Qeyd edək ki, C qrupunun qarşılaşmaları Milli Gimnastika Arenasında təşkil olunur.


