Kabo-Verde millisinin və "Krasnodar"ın yarımmüdafiəçisi Kevin Lenini Lionel Messiyə qarşı oynamaq təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, Kabo-Verde yığması 2026 Dünya Çempionatının 1/16 finalında Argentina ilə qarşılaşıb və əlavə vaxtda 2:3 hesabı ilə uduzub. Lenini komandasının bütün dörd oyununda iştirak edib və qrup mərhələsində Uruqvaya qarşı matçda qol vurub (2:2).
O, dünya çempionatında qol vurmağın böyük sevinc və qürur hissi yaşatdığını bildirib: "Bu, reallaşan bir arzu idi. Haradan başladığımı və hara gəldiyimi xatırladım. Həyatımda belə bir şeyin baş verəcəyini təsəvvür etmirdim. Bu, böyük sevinc və qürurdur".
Messiyə qarşı oynamaq barədə danışan Lenini vurğulayıb: "Messi mənim kumirlərimdən biridir. Uşaqlıqdan ona heyran idim. Onunla eyni meydanda olmaq izaholunmaz və sözlə ifadə olunmaz bir hissdir. Bu, daha bir arzumun gerçəkləşməsi oldu. Onun səviyyəsini və meydanda etdiklərini sözlə ifadə etmək mümkün deyil. Mənim üçün o, sanki başqa bir aləmdədir".


