'Barselona'nın La Liqada 'Elçe' ilə səfər oyununda azarkeşlərinin saxlanılması ilə bağlı İspaniya hakimiyyəti araşdırma başladıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan əvvəl polis 'Martines Valero' stadionunun yaxınlığında 'Barselona' azarkeşlərini saxlayıb və onlardan Kataloniyanın müstəqillik bayraqlarını müsadirə edib. Saxlanılan azarkeşlərdən biri polis tərəfindən döyülüb. Oyun başa çatdıqdan sonra 'Barselona' polis əməkdaşlarının hərəkətlərini qınayıb.

İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlasca hadisənin araşdırılması barədə göstəriş verib. Bundan əlavə, Valensiya icmasının hökumət nümayəndəliyi də daxili araşdırmaya başladığını açıqlayıb və hüquq-mühafizə orqanlarının 'Barselona' azarkeşlərindən bayraqları müsadirə etmədiyini bildirib.