UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah"ın uğuru xarici medianın da diqqətindədir.
Offsideplus.az xəbər verir ki, "Hapoel Beer-Şeva"ya 5:2 (ümumi - 6:4) hesabı ilə qalib gəldiyi oyundan sonra "bayquşlar" ilə bağlı diqqət çəkən başlıqları təqdim edirik:
- Futbol Arena (Türkiyə): "TARİXİ NAİLİYYƏT! "SABAH" ÇEMPİONLAR LİQASINDA! "SABAH"I ALQIŞLAYIRIQ!
- Матч ТВ (Rusiya): "Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı. Əsəbi anlar yaşamaq məcburiyyətində qaldıq. Amma əsas odur ki, əlavə vaxtda qırmızı vərəqə alan rəqibi cəzalandırdılar. Klub cəmi 9 il əvvəl yaradılıb. İnanılmazdır".
"Goal": "Cəmi doqquz il əvvəl qurulan bir klub üçün bu, inanılmaz yüksəlişdir və onlar artıq Avropa futbolunun ən nüfuzlu səhnəsində ilk dəfə mübarizə aparmağa hazırdırlar".
ESPN: “Sabah” əlavə vaxta Tellur Mütəllimovun son dəqiqələrdə vurduğu möhtəşəm vole qolu sayəsində nail oldu".
"Football 360": "Cəmi 9 il əvvəl yaradılmış komanda “Kim milyonçu olmaq istəyir?” verilişində iştirak etmiş baş məşqçinin rəhbərliyi ilə Çempionlar Liqasına vəsiqə qazandı".
"La Gazzetta dello Sport": "Bu gecənin hekayəsi bizi birbaşa Azərbaycana aparır – burada “Sabah”ın nağılı gerçək oldu".
"Sport Bible": "Cəmi 9 il əvvəl mövcud olmayan klub tarixi uğura imza ataraq Çempionlar Liqasına vəsiqə qazandı".
"Football Meets Data": "Cəmi 9 il əvvəl yaradılan “Sabah UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb!
Azərbaycan ardıcıl iki mövsümdə Çempionlar Liqasının liqa mərhələsində iki fərqli klubla təmsil olunacaq!"
-
UEFA.com: "Sabah" "Hapoel" (Beer-Şeva) qarşısında dramatik geri dönüşü tamamlayır"
-
OneFootball: "Sabah" avrokuboklarda tarix yazır"
-
Flashscore: "Sabah" əlavə vaxt trillerində "Hapoel"i şoka saldı"
-
Eurosport: "Sabah" "Hapoel" ilə bol qollu trillerdən sonra mərhələ adladı"


