İspaniyanın nəhəng klublarından olan "Barselona" İngiltərənin "Tottenhem" klubunda çıxış edən niderlandlı mərkəz müdafiəçisi Miki van de Veni transfer etmək üçün ciddi şəkildə təzyiqi artırıb.

Offsideplus.az xəbər verir ki, ​Kataloniya təmsilçisinin müdafiə xəttini gücləndirmək üçün siyahısında ilk sıralarda yer alan 25 yaşlı futbolçu həm mərkəzdə, həm də sol cinahda oynaya bilmək qabiliyyətinə və yüksək sürətinə görə diqqət çəkir.

​İspaniya mətbuatının yaydığı məlumatlara görə, "Barselona" rəhbərliyi artıq futbolçunun meneceri ilə əlaqə saxlayıb. Bildirilir ki, İngiltərədə keçirdiyi gərgin mövsümdən sonra niderlandlı ulduz da karyerasında yeni bir səhifə açmağa və İspaniyaya köçməyə müsbət yanaşır.

​London klubu komandanın əsas dayaqlarından birini asanlıqla buraxmaq niyyətində deyil. "Tottenhem" rəhbərliyinin futbolçu üçün təxminən 75 milyon funt-sterlinq tələb edəcəyi gözlənilir. Bununla belə, klub futbolçunu Premyer Liqadakı rəqiblərinə satmaqdansa, ölkə xaricinə göndərməyə daha isti baxır.

​Maliyyə çətinliklərinə rəğmən, "Barselona" rəhbərliyinin yay aylarında bu transferi reallaşdırmaq üçün bütün imkanları səfərbər edəcəyi bildirilir.