ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatının oyunlarını iyunun 17-dək stadionlardan ümumilikdə 1,5 milyondan çox azarkeş izləyib.

Offsideplus.az FIFA-nın rəsmi məlumatlarına istinadən xəbər verir ki, iyunun 16-sı isə tamaşaçı sayı baxımından dünya çempionatları tarixində yeni rekordla yadda qalıb. Həmin gün keçirilən qarşılaşmaları ümumilikdə 281 min 223 nəfər tribunadan izləyib. Argentina – Əlcəzair matçını Kanzas-Sitidə 69 min 45 tamaşaçı izləyib. Fransa – Seneqal görüşünə isə Nyu-York/Nyu-Cersi şəhərində 80 min 545 azarkeş tamaşaçı qismində qatılıb. Norveç – İraq və Avstriya – İordaniya qarşılaşmalarında da stadionların doluluq səviyyəsi 98 faizdən çox olub.

Turnir televiziya auditoriyası baxımından da yüksək göstəricilər nümayiş etdirir. Ev sahibi ölkələrin ilk oyunlarını ABŞ, Meksika və Kanada üzrə ümumilikdə 54 milyondan çox tamaşaçı izləyib.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da başa çatacaq.