Təlim-məşq toplanışını keçirən basketbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Tahir Baxşıyev jurnalistlərə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Belarusa qarşı yoxlama oyunundan əvvəl mütəxəssis toplanışı dəyərləndirib:
"Lüksemburq və İrlandiya ilə çətin oyunlar baş tutacaq. 1 həftə Gəncədə təlim-məşq toplanışında olduq. Orada istədiyimiz çox şeyi edə bildik. Belarusla matç çox şeyi göstərəcək. Əlbəttə bu müsbət bir şeydir. Onlar zəif rəqib deyil, komandalarında Avropada oynayan baskütbolçular var. Bizim üçün müsbət bir oyun olacaq. Onlar fiziki cəhətdən güclü, sürətli komandadır. Çalışacağıq ki, həm nailiyyət olsun, həm də komandamızdakı oyunçular şans qazana bilsin. Qrupda mərhələ keçmək şansımız çətin olacaq. Hər iki oyunda qalib gəlməliyik və əlimizdən gələni edəcəyik ki, qazanaq.
Qeyd edək ki, Belarus millisinə qarşı yoldaşlıq oyunları 20 və 22 iyun saat 19:00-da baş tutacaq.


