"Mançester Yunayted" hücum xəttini yenidən qurmaq və gücləndirmək planları çərçivəsində rəsmi transfer addımlarına başlayıb.
Offsideplus.az xəbər verir ki, klubun əsas hücumçusu Benjamin Şeşkoya dəstək olacaq, onunla rəqabət aparacaq və hücumda dərinlik yaradacaq yeni bir forvard axtarışında olan "Qırmızı şeytanlar" 5 nəfərlik rəsmi qısa siyahı hazırlayıb.
Mançester təmsilçisinin radarına düşən namizədlər təcrübəli qolçulardan tutmuş Avropanın ən perspektivli gənclərinə qədər geniş bir spektri əhatə edir.
Klubun transfer siyahısında yer alan adlar aşağıdakılardır:
-
Viktor Osimhen: Hücum xəttinə birbaşa dünya səviyyəli elit güc qatmaq üçün siyahının ən iddialı adlarından biridir.
-
Jan-Filip Mateta: Premyer Liqanı yaxından tanıyan, fiziki gücü və bitiriciliyi ilə diqqət çəkən təcrübəli forvard.
-
Duşan Vlahoviç: İtaliya A Seriyasında özünü sübut etmiş, hücumun mərkəzində həm hava toplarında, həm de qol instinktində effektiv olan ulduz.
-
Eli Junior Krupi: Gələcəyə investisiya etmək istəyən "Yunayted" üçün Fransanın ən parlaq və sürətli gənc istedadlarından biri.
-
Robert Levandovski: Komandaya dərhal böyük təcrübə, çempionluq xarakteri və qısa müddətdə maksimum qol zəmanəti verə biləcək əfsanəvi hücumçu.


