DÇ-2026-nın D qrupu üzrə keçirilən Türkiyə - Paraqvay oyununun 45+3 dəqiqəsində qeyri idmani hərəkətə görə Migel Almiron qırmızı vərəqə ilə cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, Əli ilə ağzını bağlayıb Mert Müldürə nə isə deyən Migel Almiron meydandan qovulub.
Bu hərəkətə görə cəzanın tətbiq olunacağı DÇ-2026-dan əvvəl elan edilmişdi.
Qeyd edək ki, matç Paraqvayın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qırmızı vərəqə epizodunu təqdim edirik:


