Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin səbəbi məlum olub.
Offsideplus.az xəbər verir ki, cüdoçu çəkisini sala bilmədiyi üçün yarışdan kənarda qalıb.
Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı bu ilin fevralında, Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Böyük Dəbilqə" turnirində də çəki səbəbindən iştirak edə bilməmişdi.


