Braziliya millisində itki yaşanıb.
Offsideplus.az xəbər verir ki, Rafinya Braziliya - Haiti oyununda ilk hissədə əzələ zədəsi alaraq matçın davamında əvəzlənib.
Futbolçunun vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Karlo Ançelotti Rafinyanın 24 saat ərzində müayinədən keçəcəyini açıqlayıb.
Qeyd edək ki, Braziliya Haitini 3:0 hesabı ilə məğlub edib.


