Braziliya millisinin sabiq oyunçusu Ronaldinyo peşəkar futbol karyerasını bərpa edir.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.

​46 yaşlı əfsanə İtaliya C Seriyasında çıxış edən və İnyatsio Çiprianinin rəhbərlik etdiyi "Ravenna" klubu ilə müqavilə imzalayacaq. Braziliyalının təqdimat mərasimi iyunun 23-də Mayamidə keçiriləcək.

Qeyd edək ki, Ronaldinyo karyerasını 2018-ci ilin yanvarında başa vurub.