"Barselona" "Rasinq"in müdafiəçisi Xorxe Salinasın transferində maraqlıdır.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Salinasın La Liqaya yüksələn klubla müqaviləsində 8 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Kataloniya klubu 19 yaşlı sol cinah müdafiəçisi üçün bu məbləği ödəmək niyyətindədir.
Qeyd edək ki, Xorxe Salinas "Rasinq"in heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol ötürməsi ilə yadda qalıb.


