Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Avstriya üzərində qazandıqları 2:0 hesablı qələbədən danışıb.
Çalışdırıcı komandanın kapitanı Lionel Messinin performansını xüsusi qeyd edib və onun komanda üçün əhəmiyyətini vurğulayıb.
“Biz bilirik ki, Messi oyuna qoşulanda hamının enerjisi artır. Bu da komandanın güclü tərəfidir. Hətta bu dəfə topa sahib olmaqda çətinlik çəksək də, Leo yenə vəziyyəti lehimizə dəyişdi. Onun fədakarlığını hamı görür. Messi meydandadırsa, komanda qələbə əzmindədir".
Qeyd edək ki, Messi Avstriya ilə oyunda dubl edib.


